CHELSEA CELEBRATE WINNING THE PREMIERSHIP.PIC ANDY HOOPER. CHELSEA V CHARLTON ABRAMOVIC

Rusiyalı iş adamı Roman Abramoviç Londonun “Çelsi” klubunu satmağı planlaşdırır.

“Ölkə.Az” xəbər verir ki, Abramoviç klub üçün 2.5 milyard funt sterlinq tələb edir.

Abramoviçin hazırda viza problemi var və bir müddətdir ki, klubu satmaq barədə düşünür.

“Metro” nəşrinin məlumatına əsasən, İsveçrənin “FC Lausanne-Sport” klubunun sahibi olan ingilis milyarder Cim Retkliff  “Çelsi”ni almaq istədi. Amma Abramoviçin 2.5 milyard funt sterlinqlik tələbinə görə görüşləri ləğv edib. Retkliff “Mançester Yunayted” klubunun tərəfdarı olsa da, “Çelsi”ni satın almaq istəyirdi və sərvətinin 21 milyard funt sterlinq olduğunu bildirib.