Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤  Almaniyada fəaliyəti və təbliğatı qadağan olunan PKK terror təşkilatının dəstəkçiləri Kölndə etiraz aksiyası keçirib. AzEuroNews.com xəbər verir ki, polis aksiyaya icazə vermədiyindən qarşıdurma meydana gəlib. 

İştirakçılar israrla şəhər vağzalı qarşısına yığışaraq aksiya keçirmək istədiklərini bildiriblər. Aksiyaya icazə verməyən Köln Polis Təşkilatının əməkdaşları isə iştirakçılara dağlışmalarını tövsiyyə edib. Dağlışmayan PKK tərəfdarlarına polis müdaxilə edib. Bu zaman polisdən qaçan bir qrup Almaniyanın dövlət televiziyası ARD /ZDF-in binasına hücum edib. 

Binaya girmək istəyən aksiya iştirakçılarına polis müdaxilə edib. Toqquşma zamanı 2 polis əməkdaşı yaralanıb, onlarla aksiya iştirakçısı saxlanılıb.