Fərhad Çağtürk / AzEuroNews.com ➤ “Bütün dinlər kütləvi qırğın silahı kimidir”. AzEuroNews.com xəbər verir ki, bu cümlə İslandiya Parlamenti tərəfindən qəbul edilən yeni qanunun ilk paraqrafında öz əksini tapıb. Qəbul edilən yeni qanuna görə, artıq ölkədə açıq-aşkar dini təbliğat və tədbirlərin keçirilməsi qadağandır. İslam, Xristianlıq, Yəhudilik, Buddizim kimi dini inancalara sahib olan şəxslər ayinləri yanlız öz şəxsi evlərində və ya dindarlar üçün nəzərdə tutulan anonim klublarda icra edə bilərlər. 

Qanuna əməl etməyən şəxsləri isə, yüksək məbləğdə pul cərimələri və hətta həbs edilmə təhlükəsi gözləyir. 

Qanunun qəbulu bu ölkədə yaşayan dindarlar tərəfindən birmənalı qarşılanmayıb. Onlar İslandiya Parlamentinin bu qərarını insanların din azadlığının məhdudlaşdırılması hesab ediblər.