Fərhad Çağtürk / AzEuroNews.com ➤ İrqçiliklə qarşılaşdığı üçün Almaniya milli komandasını tərk edən Mesut Özil toya hazırlaşır. AzEuroNews.com xəbər verir ki, “Arsenal” futbol klubunun oyunçusu Türkiyə gözəli seçilən 25 yaşlı Əminə Gülse ilə evlənəcək. 

Nişanlı cütüyün nikah şahidi isə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olacaq. Özil və Əminə çütlüyü ötən həftə toy dəvətnamələrini İstanbul hava limanında Türkiyə prezidentinə veriblər. 

Alman mediasının yazdığına görə, Türkiyənin hakimiyyətdəki Ədalət və İnkişaf Partiyası (AKP) Özil və Gülse çütlüyünün prezident Ərdoğanla haval limanında çəkdirdiyi fotonu Türkiyədəki seçki öncəsi təbliğat vasitəsi kimi istifadə edir. 

Eyni zamanda Mesüt Özilin toyuna Almaniya prezidenti Frank Valter Ştanmayeri də dəvət etdiyi deyilir. Amma bu rəsmi olaraq təsdiq olunmayıb.

Mesut Özilin nişanlısı Əminə Gülse İsveçin Göteborq şəhərində anadan olub.  Anası Türkiyənin İzmir, atası isə, İraqın Kərkük şəhərindəndir. O, anası ilə Türkiyəyə gələrək model olaraq fəaliyyətə başlayıb və hazırda İstanbulda çalışır. 2014-ci ildə Türkiyə gözəli seçilən Ə.Gülse 2015-2016-cı ildə “Asla Vazgeçmem” adlı serialın baş rol ifaçısı olub. 

Məlumat üçün qeyd edək ki, ötən ilin mayında Almaniyanın Premyer Liqa komandasında oynayan türk futbolçuları Cenk Tosun, Mesut Özil və İlkay Gündoğan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb, birgə şəkil çəkdirmiş və formalarını prezidentə hədiyyə etmişdilər. Bunun ardınca Almaniyada türk futbolçularına qarşı sərt təpkilər gəlmişdi. Sərt reaksiyalara dözməyən Mesut Özil 2018-ci ilin Dünya Çempionatında qrup oyunları zamanı milli komandanı tərk etmişdi. Fotbolçu sosial şəbəkədə bu şərhi qeyd etmişdi:

“Qazandığımız zaman alman, uduzduğumuzda qaçqın oluram. Futbolçu yoldaşlarım Podolski və Kloze heç bir zaman polyak-alman olaraq görülmədi, bəs niyə mən türk-alman görüldüm? Türk olduğum üçünmü? Ya müsəlman olduğum üçünmü? Son yaşanan olaylar səbəbilə, irqçilik və sayqısızlıqla qarşılaşdığım üçün artıq Almaniya milli komandasında oynamayacam. Bu komandanın milli geyimini çox böyük qürur, həyəcanla geyindim, amma artıq geyinməyəcəm”.