Ağ evin mətbuat katibi Sara Sanders Suriya ərazilərinin İŞİD terror qruplaşmasından tam azad edildiyini bildirib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, Sanders bunu Florida ştatına uçuşu zamanı deyib.

O əlavə edib ki, Pentaqonun rəhbəri vəzifələrinin icraçısı Patrik Şanahan da təyyarədə olub və ABŞ prezidenti Donald Trampa Amerika hərbçilərinin uğurları barədə məlumat verib.