Fərhad Çağtürk / AzEuroNews.com ➤“Amazon Prime Video”da yayımlanan “Grand Tour”un növbəti 11-ci epizodu Azərbaycan və Gürcüstanda çəkilib.

Çəklişlər Gürcüstanda Qara, Azərbaycanda Xəzər dənizi sahilində baş tutub. Bakıda Azadlıq Meydanında “Drift” şou göstərən aparıcılar maraqlı görüntülərin yaranmasına səbəb olublar. 

“Grand Tour”un aparıcıları Jeremy Calconson, Richard Hammond və James May “Aston Martin DBS”, “Bentley Continental GT” və “BMW M850i Coupe” model avtomobilləri test ediblər.