Fərhad Çağtürk / AzEuroNews.com ➤ Almaniyanın paytaxtı Berlində Burak Kadir Onay adlı Türkiyə vətəndaşı üç nəfərin həyatını xilas edib. AzEuroNews.com xəbər verir ki, hadisə Berlinin “Yeni Köln” qəsəbəsindəki bir yaşayış binasında baş verib. İşdən evə qayıdan 20 yaşlı gənc bir binanın yandığını görüb. O, dərhal binaya daxil olaraq köməksiz vəziyyətdə qalan 3 nəfəri xilas edib. O, daha bir nəfəri xilas etmək istəyərkən tüstüdən zəhərlənib. 

Hadisə yerinə gələn təcili yardım vasitəsi ilə xəstəxanaya çatdırılan Burak Kadir Onayın vəziyyəti stabildir, müalicəsi davam etdirilir.

Yaşayış binasında baş verə yanğın nəticəsində 2 nəfər yanaraq can verib, 15 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya çatdırılıb, 25 nəfər isə, xilas edilib.