Rauf Babayev / AzEuroNews.com / Amsterdam ➤  Hollandiyada yaşayan Türkiyə və Azərbaycan türkləri birgə Novruz şənliyi keçiriblər. Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkının verdiyi məlumata görə, bu ölkədə yaşayan soydaşlarımız bir araya gələrək Novruz bayramını təntənə ilə qeyd ediblər. Bayram tədbirinə Azərbaycan və Türkiyə türkləri ilə bərabər bu ölkənin siyasi və mədəni həyatında fəallıq göstərən insanlar da qatılıb.

Çıxış edənlər birlik və bərabərlik bayramı olan Novruzun mahiyyətindən, qədim adət-ənənələrimizdən, türk və Azərbaycan diasporunun gücündən danışıblar. Tədbir iştirakçıları milli təamlarımızdan dadıb, gözəl musiqi sədaları altında rəqs edərək əyləniblər.