Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤  Almaniyanın Köln şəhərində „Bahar 2019-Köln“ adlı bayram şənliyi keçirilib. AzEuroNews.com xəbər verir ki, bayram şənliyi Almaniyada yaşayan və diaspora fəaliyyəti ilə məşğul olan soydaşlarımız, DAK həmsədri Firudin Pərvizniya, hüquqşünas Əlövlət Əliyev, Köln şəhərində fəaliyyət göstərən Azərbaycan Kültür evinin təmsilçisi Əli Gənbəri Guşcu, diaspora fəalı Behnam Azad tərəfindən təşkil edilib. 

Güneyli-quzeyli soydaşlarımızın iştirakı ilə keçirilən bayramda soydaşlarımızla yanaşı, türk və rus icmalarının təmsilçiləri, Almaniyadan olan qonaqlar – Köln bələdiyyəsinin təmsilçiləri, Bundestaqın deputatları da iştirak ediblər. Tədbirdə iştirak edənlər, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı, tanınmış yazar Orxan Araz çıxış edərək Novruz bayramı haqqında məlumat veriblər. 

Novruz şənliyində tanınmış müğənnilər Azərbaycandan qatılan Elçin Cəfərov, Türkiyədən qatılan Cavid Təbrizli və Almaniyada yaşayan Vüsalə Musayeva gözəl musiqiləri ilə qonaqları əyləndiriblər.

Bayram şənliyini tanınmış aparıcı Tünzalə Rafiqqızı idarə edib.