“Real Madrid” klubunun baş məşqçisi Zinəddin Zidan və “Çelsi” klubunun yarımmüdafiəçisi Eden azar arasında danışıq baş tutub.

Trend-in “The Sun”a istinadən verdiyi məlumata görə, belçikalı futbolçu Z.Zidanla danışdıqdan sonra kluba İspaniya klubuna keçməyə razılıq verib.

Bildirilir ki, E.Azar “kral klubu” ilə 5 illik müqavilə bağlayacaq və klubun ən yüksək maaş alan futbolçusu olacaq.

Qeyd edək ki, cari mövsümdə E.Azar İngiltərə Premyer Liqasında 29 oyunda iştirak edib, 13 qol vurub və 11 qolla nəticələnən ötürmə verib.