Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤ Almaniyanın Berlin Humbolt universitetində alman tarixçi alimlərlə birgə “Bakının multikultural həyatında almanların rolu” adlı konfrans keçirilib. AzEuroNews.com xəbər verir ki, Konfrans Humbolt universiteti, Almaniya azərbaycanlılarının “Birlik İnteqrasiya və Biznes İnkişaf Mərkəzi”, eyni zamanda Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Konfransda alman tarixçi alimləri və professorlar Döke Volfqanq, Geike Rainer, Tamara Tşernova, Konqrad Günter və universitetin fakültə dekanı, professor Aux Eva-Mariya, azərbaycanlı tədiqatçı Fuad Axundov, eyni zamanda təşkilatçı Mərkəzin sədri, Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının İdarə Heyətinin üzvü Emin Salayev, qurumun fəalları Fərid Tağıyev, doktor Adil Bayramov, müxtəlif millətdən olan tədiqiqatçılar, diaspor nümayəndələri və tələbələr iştirak ediblər.
Çıxış edən A. Eva-Mariya bu il almanların Qafqazda, xüsusilə Azərbaycanda məskən salmasının 200 illiyinin tamam olduğunu xatırladarq 1819-cu ildə Çar Rusiyası tərəfindən töşkil edilən bu prosesin mahiyyətindən danışıb. Sonradan 1940-cı illərdə SSRİ rəhbərliyi tərəfindən tamamilə Orta Asiya sürgün edilən bu alman ailələrin Azərbaycanda ilk olaraq Helenendorf və Annenfeld (indiki Gəncə, Şəmkir və Qazax ərazilərində) məskən saldığını xatırladarq onların Azərbaycan tarixində rolundan danışıb. Alman alim tarixən tolerant və mədəni müxtəlifliyə malik Azərbaycanda almanların mədəni inkişafını xüsusi qeyd edib, xüsusilə Bakıda hazırda da qorunubs axlanılan alman mədəni abidələrindən söz açıb: “Biz uzun araşdırımlarımızla Qafqazdan Qars əyalətinə qədər hər nüansı izlədik. Bu bölgədə tarixən indiyə qədər azərbaycanlılar ilə yanaşı gürcülərlə də almanların bağlılğını tapsaq da bu barədə ermənilər ilə bağlı heç bir izə rast gəlmədik. Bu bölgədə ümumiyyətlə ermənilərlə əlaqəli heç bir mədəni iz yoxdur. Hətta bu gün hər yerdə “erməni konyakı” adı ilə təbliğat aparırlar, əslində o konyakın yaradıcısı Azərbaycanın Tovuz rayonunda o vaxt məskunlaşan almanlar olub”-deyən, tarixçi alim bununla bağlı faktları nümayiş etdirib.
Konfransda tədqiqatçı Fuad Axundov Azərbaycanda, xüsusilə Bakıda iz qoyan alman kökənli tarixi şəxslərdən, yeni faktlardan söz açıb. Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) alman deputatlarından tutumuş Bakıdakı tarixi binalarda və digər layihələrdə almanların izi ilə bağlı slaydlardan ibarət geniş mühazirə söyləyən F. Axundov iştirakçılara yeni faktlar da təqdim edib.
Konfrans iştirakçıların qarşılıqlı disskusiyaları ilə davam edib.