DÇ-2018-dən sonra Argentina millisinun heyətində Venesuela ilə matçda ilk dəfə meydana çıxan Lionel Messi zədələnib. 

“Qafqazinfo” xəbər verir ki, zədə səbəbindən 31 yaşlı futbolçu “tanqoçular”ın heyətindən çıxarılıb. Messi millinin martın 26-da Mərakeşlə yoxlama görüşünü buraxmalı olacaq. 

Qeyd edək ki, Venesuela yoxlama görüşündə Argentinanı 3:1 hesabı ilə məğlub edib.