Azərbaycan orta həddən yuxarı gəlir səviyyəsi olan ölkələr sırasına daxildir (12 475 – 4 126 ABŞ dolları həddində).

Bu barədə Birləşmiş Millətlər Təşkilatının 2016-cı il üçün sənaye inkişafı üzrə hesabatında (UNIDO) deyilir.

Hesabata əsasən Azərbaycanın qonşu ölkələri Türkiyə və İran da orta həddən yuxarı gəlir səviyyəsi olan ölkələr kateqoriyasına daxil olub. Sənəddə qeyd olunur ki, Rusiya – yüksək gəlir səviyyəsi olan ölkələr kateqoriyasında, Ermənistan və Gürcüstan isə – orta həddən aşağı gəlir səviyyəsi olan ölkələr kateqoriyasında yer alıb (4 125 – 1 046 ABŞ dolları).

Bundan başqa, Azərbaycan inkişaf edən sənayesi olan ölkələr kateqoriyasına daxil olub.