Fərhad  Çağtürk / AzEuroNews.com / Köln ➤ Bu il Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğından 101 il ötəcək. AzEuroNews.com xəbər verir ki, bu münasibətlə həm ölkə daxilində, həm də xaricdə müxtəlif anım tədbirləri keçiriləcək. Belə bir anım tədbiri Niderlandın Haaqa şəhərində baş tutacaq.

İlhan Aşkın
İlhan Aşkın

Bu barədə saytımıza məlumat verən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın bildirib ki, hər il olduğu kimi bu il də dünyanın diqqətini ermənilərin Azərbaycan türklərinə qarşı törətdikləri qırğına çəkəcəklər. Tədbir martın 31-i, saat 15-də, Haaqa şəhərində yerləşən Azerbaycan-Türk Kültür Dərnəyində baş tutacaq (Adres Schalk Burgerstraat 198 2572 vd DENHAAG)

Məlumat üçün qeyd edək ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də ŞamaxıQubaXaçmazLənkəranHacıqabulSəlyanZəngəzurQarabağNaxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğın törədib. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Keçmiş prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.