Foto © augsburger-allgemeine.de
Foto © augsburger-allgemeine.de

Fərhad Çağtürk / AzEuroNews.com ➤  Almaniyanın Ausburq şəhərində bomba həyəcanı verilib. AzEuroNews.com xəbər verir ki, polis Ausburq şəhər bələdiyyə binasında olanları təxliyə edib. 

Polis bu istiqamətdə olan tramvay və avtobus yolunu da bağlayıb. Ərazidə təhlükəsizlik dairəsi yaradılıb. İlkin məlumata görə, bələdiyyə binasına bomba qoyulması ilə bağlı məlumat məktub vasitəsi ilə verilib. 

Qeyri rəsmi məlumata görə isə,Qöttinqen, Rendensburq, Xemnits, Kayserlautern və Noykirxen kimi şəhərlərin bələdiyyələri də eyni məzmunlu məktub alıblar. Polisdən bu dəqiqələrə qədər hər hansı bir açıqlama verilməyib.