Fərhad Çağtürk / AzEuroNews.com / Düsseldorf ➤ İngiltərənin paytaxtı Londondan qalxan sərnişin təyyarəsi Almaniya yerinə səhvən Şotlandiyanın paytaxtı Edinburqa eniş edib. AzEuroNews.com xəbər verir ki, təyyarə Almaniyanın Düsseldorf şəhər hava limanına enəcəkmiş. Səhv uçuşa səbəb isə, “British Airways” hava yollarına aid təyyarə pilotuna yanlış uçuş planının verilməsi olub. 

Sərnşinlər səhv şəhərə enəcəklərini pilotun elanından sonra biliblər. Edinburqa enən təyyarə yanacaq aldıqdan sonra təxminən 3 saat sonra yenidən Düsseldorf istiqamətində uçuş üçün havalanıb.