Fərhad Çağtürk / AzEuroNews.com ➤ Bakının böyük ticarət mərkəzərindən sayılan “Diqlas”da səhər saatlarında başayan yanğın Bakı vaxtı ilə saat 16:48-də güclə söndürüldü. Yanğının söndürülmə prosesi zamanı Fövqəladə Hallar Nazirliyinin səriştəsizliyi bir daha göstərdi ki, bu nazirlik təxminən üç-dörd il əvvəlki kimi deyil. Baxmayaraq ki, FHN şefi Kəmaləddin Heydərov və başının dəstəsi hadisə yerində idi… Yanğın söndürənlərin qeyri-peşəkarlığı, hadisə yerinə kifayyət qədər texnikanın cəlb olunmaması və FHN əməkdaşlarının tez alışan plastik üzlüklərin üzərinə sabun penası yerinə su vurması alovu daha da gücləndirdi. Eyni ilə, 2015-ci ildə Nizami rayonunda yerləşən maşın bazarında baş verən yanğında olduğu kimi…

Alovun getdikcə güclənməsi nəticəsində hadisə yerinə helikopterlər cəlb olundu. Amma çi fayda… Ticarət mərkəzi kül oldu. Mağaza sahibləri isə, çarəsiz şəkildə FHN-nin çıxardığı hoqqanı izləməklə kifayətləndilər. 

  Heydərovun etirafı…

Hadisə yerində olarkən jurnalistlərə açıqlama verən FHN şefi bildirdi ki, ticarət mərkəzi tez alışan alkoponla üzlənib və bu yanğın söndürənlərin işini çətinləşdirir. “Diqlas” kimi az qala Bakıda yerləşən 70-80 % ticarət mərkəzi və yaşayış binalarının üzlüyü alkopondandır. Yanğın təhlükəsizliyinə cavabdeh də Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirlikdir. 

Təhlükəsizliyə cavab verməyibsə, niyə FHN vaxtı ilə bu tip tikililərin istifadəsinə icazə verib? 

Rüşvət, qohumbazlıq, yerlibazlıq və s. kimi “N” qədər də səbəb saymaq olar. Dediklərimizin doğruluğunu elə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov da təsdiqlədi.

Cənab Novruzovun yanğınla bağlı jurnalistlərə açıqlamasından : “Binada daxili yanğınsöndürmə sistemləri yoxdur, ərazidə su çatışmazlığı var. Yanğın bölmələri tərəfindən 200 m məsafədən suyun çəkilməsi işləri aparılır. Yanğın avtomobillərində su məhdud olduğundan, bu kimi ticarət mərkəzlərində yanğınların söndürülməsini təmin etmir. Obyekt rəhbərliyi tərəfindən indiyədək yanğın təhlükəsizliyi faydalarına ciddi nəzarət olunmadığı üçün yanğın geniş şəkildə ətrafa yayılıb. İstilik binanın daxilində həddən artıq yuxarıdır və şəxsi heyət də fərdi mühafizə vasitələri ilə çətinliklə hərəkət edir. O temperatur bizim işimizə müəyyən maneçilik törədir. Çünki içəridə temperatur 200-300 dərəcədir, metal konstruksiyalar deformasiyaya uğrayıb. Bu temperaturda isə şəxsi heyətin mühafizəsi xüsusən su şırnaqları altında aparılır. Xüsusi yanğınsöndürmə maşınları həm kənardan su vurur, həm də şəxsi heyət xüsusi aparatlarla içəridə işləyir”. 

➤  Yanğın tam sönməmiş FHN əməkdaşları geri qayıdıblar

Hadisə ilə bağlı Meydan TV-ə danışan zərərçəkənlər bunları deyiblər.

“Səhər-səhər aşağı obyektdən səsə gəldi ki, yanğın var. Gördük, dönərxanada yanğın başlayıb. Yanğın söndürələnlərə zəng vuruldu, onlar da gəlib söndürüb geri qayıtdılar. Amma yanğın tam sönməmişdi. Dəhşət dərəcədə ziyan çəkənlər çoxdur. Yəni ki, çörəyi kəsilən insanlar çox oldu”.

Qadın geyimləri dükanında çalışan Tünzalə Dünyamalıyeva 80 min manatlıq malının yandığını söyləyib. Zərərçəkən dükan sahibləri indi nə edəcəklərini bilmirlər.

“Hardasa mənə 5 min manata yaxın ziyan dəyib. Qadın geyimləri satırdım. Onlar da tez alışan maldır. İndi görək nə olur. Səhər 9-dan burdayam, yanğın da hələ də davam edir. Bizi hələ içəri buraxmırlar. Məlumat da verilmir ki, içəridəki vəziyyət necədir”, – dükan sahibi Müseyib Məmiyev deyib.