ABŞ prezidenti Donald Tramp NASA-dan Aya amerikalı astronavtların göndərilməsini tələb edib.

Bu barədə ABŞ vitse-prezidenti Mayk Pens “Twitter” hesabında məlumat verib.

“İndiki administrasiyanın bəyan etdiyi proqramın məqsədi – 2024-cü ilə kimi Aya amerikalı astronavtları qaytarmaqdır. Aya ayaq basmış ilk qadın və növbəti kişi amerikalı olacaq, onları Aya ABŞ torpağından ABŞ kosmik raketi daşıyacaq”, – deyə Pens yazıb.

Siyasətçi bildirib ki, Birləşmiş Ştatlar bu məqsədə çatmaq üçün federal büdcədən “nə qədər tələb olunsa, o qədər vəsait ayıracaq”.