Məşhur amerikalı ifaçı Castin Biber musiqi karyerasını qeyri-müəyyən müddətə sonlandırıb.

Axşam.az xəbər verir ki, o, bu barədə İnstaqramda yazıb.

“Bütün yeniyetməliyimi turnelərdə keçirdim və sonuncu konsertlərimdə fərqinə vardım ki, xoşbəxt deyiləm. Siz pul ödəyirsiniz, gəlib canlı, enerjili və əyləncəli konsert izləmək istəyirsiniz, ancaq mən bunu sizə verə bilmədim. Hazırda çoxumuzun sahib olduğu bir problemi həll etməyə çalışıram” deyə, Castin yazıb.

O söyləyib ki, xoşbəxt evliliyini davam etdirmək və ata olmaq niyyətindədir:

“Musiqi mənim üçün önəmli olsa da, öncə ailəm və sağlamlığım gəlir. Ən qısa müddətdə albomumla qarşınızda olacağam”.

Qeyd edək ki, Castin Biber 2009-cu ildə məşhurlaşıb. 25 yaşlı müğənni ötən il model Heyli Bolduinlə ailə qurub.