Məşhur portuqaliyalı məşqçi Mourinyo barədə fransız mətbuatı iddia səsləndirib.

 “Ölkə.Az” xəbər verir ki, iddiaya əsasən, Mourinyo “Lion” və ya “Monako” klubu ilə işləyəcək. “Mançester Yunayted”dən qovulduqdan sonra işsiz qalan baş məşqçinin bu iki klubdan biri ilə gələn mövsümdən işləyəcəyi bildirilir.

Fransa mətbuatı 56 yaşlı Mourinyonun Fransanın 1-ci liqində işləyəcəyini yazıb. Xəbərdə məşqçinin gələn mövsüm “Lion” və ya “Monako”da işləmək istədiyi bildirilib. “Special One” yəni, xüsusi bir şəxs ləqəbli Mourinyonun bir neçə gün əvvəl verdiyi açıqlamaya da toxunulub. Bu açıqlamada Mourinyo “Fransada komanda ilə işləyib-işləməyəcəyi” suala “Xeyr desəm dürüst davranmış sayılmaram. Hə desəm haqqımda şayələr yayılacaq” cavabını vermişdi.