Avropa Parlamenti plastik qab və digər birdəfəlik əşyalardan istifadəyə tam qadağa qoyan qanunu qəbul edib.

“Report” xəbər verir ki, bu barədə məlumat Avropa Parlamentinin rəsmi saytında yerləşdirilib. Qeyd olunub ki, qanun layihəsinin leyhinə 623 deputatdan 560-ı səs verib.

Bu qadağa bütün Avropa İttifaqı ərazisində tətbiq ediləcək və 2021-ci ildən qüvvəyə minəcək.