Foto © arti49.com
Foto © arti49.com


Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤  Almaniyanın Münhen şəhərində qaz sızması nəticəsində 60 nəfər zəhərlənib. AzEuroNews.com xəbər verir ki, hadisə şəhərin şimalında yerləşən Strubinq qəsəbəsində qeydə alınıb. 

Yerli mətbuatın yazdığına görə, qəsəbədə bir buz meydançasının altından keçən boruda təmir zamanı qaz sızması baş verib. Bu zaman ətrafa yayılan ammonyak qazı 60 nəfərin zəhərlənməsinə səbəb olub.

Tez əraziyə polis, təcili yardım və yanğın söndürən briqaları cəlb edilib. 

Ətraf küçələr nəqliyyatın hərəkətinə bağlanıb. O ərazidə yaşayan sakinlər evlərindən təxliyə ediliblər. 

Hazırda sıradan çıxan boru təmir olunur.