Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən görüş başa çatıb.

ONA-nın məlumatına görə, görüş əvvəlcə Minsk qrupu həmsədrləri və hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə geniş tərkibdə, daha sonra təkbətək keçirilib və sonda yenidən geniş tərkibdə davam edib. 

Ötən gün Vyanda isə ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub.