İspaniyanın “Real Madrid” klubu İngiltərə təmsilçisi “Mançester Yunayted”in futbolçusu Pol Poqba üçün 145 milyon avro ödəməyə hazırdır.

“Report” “The Sun”a istinadən xəbər verir ki, Fransa yığmasının 26 yaşlı yarımmüdafiəçisi Madrid klubunun yay fasiləsində əsas transfer hədəfi olacaq.

Qeyd edək ki, Pol Poqba 2016-cı ildə 105 milyon avro qarşılığında İtaliya “Yuventus”undan “Mançester Yunayted”ə keçib. Onun klubu ilə 2021-ci ilin iyulunadək müqaviləsi var.