Fərhad Çağtürk / AzEuroNews.com ➤ Azərbaycanın Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov “Skype”la vətəndaşları qəbul edib. AzEuroNews.com xəbər verir ki, “Skype” formasında qəbul zamanı Gəncə, Şəki, Lənkəran və digər regionlarımızda yaşayan vətəndaşlar suallarını birbaşa DMX rəisinə ünvanlayaraq cavab alıblar.

DMX-dən AzEuroNews.com -a bildirilib ki, bu formatda vətəndaşların qəbulu mütəmadi olaraq təşkil olunacaq. Bu səbəbdən qəbula gəlmək istəyən şəxslər olduqları yerə ən yaxın regional miqrasiya idarəsinə yazılmaq üçün yaxınlaşa bilərlər.