Foto © WDR
Foto © WDR


Fərhad Çağtürk / AzEuroNews.com ➤Almaniyanın dövlət televiziyası olan “WDR” Almaniyadan sığınacaq istəyən azərbaycanlı ailənin problemini işıqlandırıb. 

AzEuroNews.com xəbər verir ki, İradə və Rəşad İsgəndərov cütlüyü 5 və 9 yaşlı övladları ilə Almaniyadan sığınacaq istəyib. Bu müddətdə onlar çox sürətli inteqrasiya prosesini keçərək alman dilini öyrəniblər. 

İradə İsgəndərova İT mütəxəssisi kimi bir şirkətdə praktika (“Ausbildunq” – ixtisasartırma və ya peşə vərdişlərinə yiyələnmək) keçir. Həyat yoldaşı Rəşad İsgəndərov isə, şirniyyat mağazasında çalışır. Buna baxmayaraq Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) onların sığınacaq istəyini rədd edib.

BAMF İradə İsgəndərovaya “Ausbildung”a görə 2021-ci ilə qədər möhlət hüququ (“Duldunq”) verib.

Ancaq Rəşad və iki azyaşlı uşaq bu hüquqdan məhrum edilib. 

Ailə başçısının BAMF-dan tələbi ona və övladlarına da möhlət hüququnun verilməsidir. Əks təqdirdə onları Azərbaycana deportasiya olunma təhlükəsi gözləyir. 

Onun BAMF-ın Düsseldof şöbəsi bir dəfə Rəşad İsgəndərovun möhlət hüququ ilə bağlı müraciətini rədd edib.

“Westpol” verlişi bu gün Almaniya saatı ilə 19:30-da “WDR” kanalında yayımlacaq.