Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF
Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF


Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤  Bu ilin fevral ayında 14 321 nəfər Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyib. AzEuroNews.com xəbər verir ki, Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) yaydığı məlumatda qeyd edib ki, bu ötən ilin eyni ayı ilə müqaisədə 14,7 % çoxdur.

BAMF fevral ayında ümumilikdə 19 823 nəfərin müraciəti ilə bağlı qərar verib. 

56 779 nəfərin müraciəti isə hələ baxılmamış qalır. 

Fevral ayında ərizəsinə baxılan şəxslərdən 6 352 nəfərin sığınacaq istəyi federal idarə tərəfindən rədd edilib. 

Fevral ayında Almaniyadan sığınacaq istəyənlər bu ölkələrin vətəndaşları olublar:



Dekabr 2018 Yanvar 2019 Fevral 2019

Müraciət edənlərin ümumi sayı 10.561 17.051 14.321
1. Suriya 2.383 3.647 3.222
2. Nigeriya 554 1.248 1.388
3. İraq 1.001 1.498 1.307
4. Türkiyə 570 944 805
5. İran 802 1.006 737
6. Əfqanıstan 677 896 698
7. Şimali Makedoniya 185 499 445
8. Gürcüstan 303 534 399
9. Naməlum 309 392 366
10. Serbiya 200 554 358