Foto: Bundesamt für Migration und Flüchtlinge - BAMF

Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤ Bundestaq qaçqın şuralarının maliyyələşdirilməsini dayandırmaq istəyir. Bu barədə AzEuroNews.com -a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat verilib.

„Bu təşkilatlar ölkədə qanunsuz yaşayan miqrantların deportasiyasına mane olmaqdan başqa bir iş görmürlər“, – ötən gün Miqrasiya və Qaçqınlar üzrə Federal İdarənin (BAMF) prezidenti açıqlama verib. O, daha sonra bildirib ki, hazırda Bundestaqın deputatları bu təşkilatlara dövlət dəstəyinin ləğv edilməsi haqqında müddəanı nəzərdən keçirirlər.


Qeyd edək ki, sözügedən layihə hakim koalisiyadan gəlir. CDU / CSU fraksiyasının nümayəndəsi Matias Middelberqə görə, hökumət şuralara qaçqınlarla bağlı böyük məbləğdə pul ayırır. „Welt“ nəşrinin məlumatına görə, həmin Şuralar isə öz növbəsində, alınan vəsaitlərdən sonra deportasiya əmrləri ilə tanış olur və yalnız deportasiya haqqında qərarlara münasibət bildirirlər. “Biz ehtiyacı olanların müdafiəsi üçün mümkün olar hər şeyi edirik. Lakin hüquqi dövlətin qanunları hesab edirsə ki, şəxsin humanitar müdafiəyə ehtiyacı yoxdur və o, ölkəni tərk etməlidir, o zaman bu qərar icra olunmalıdır”,– Middelberq bildirib.

Artıq qanun pozucularına cəza verilməsi də planlaşdırılır. Deputat hesab edir ki, könüllü qayıdış haqqında qanunun (Geordnete-Rückkehr-Gesetz) tələblərini pozanlara münasibət sərtləşdirilməli, onların axtarışı təmin olunmalı və onlar üçün cəza tədbirləri müəyyən olunmalıdır. 

DU-nun daxili məsələlər üzrə eksperti Thorsten Frei-ın mətbuata bildirdiyinə görə, təşkilatlar əsasən fərdi sifarişlər əsasında fəaliyyət göstərirlər. Ancaq bu təşkilatlar büdcədən (əslində, vergi ödəyicilərinin cibindən) maliyyələşirlər. O, hesab edir ki, bu şuralar qanunu pozmağa davam edərsə, onlara maddi yardımı azaltmaq və ya hətta ləğv etmək məcburiyyətində olacaqlar. Bundan başqa, Thorsten Fry deportasiyaya maneçilik törədənlərə cərimələr tətbiq edilməsinin tərəfdarı olduğunu bildirib. Federal büdcədən ayrılan maliyyənin məbləğınə gəlincə məbləğ həqiqətən çox böyükdür.

“Welt“ 2017-ci ilə qədər Aşağı Saksoniya Qaçqınlar Şurasının maliyyə hesabatını açıqlayıb (ən son məlumat budur). Bu müddətdə təşkilatlara təxminən 1,2 milyon avro ayrılıb. Bunlardan 24% -i federal fondlar və yerli hökumət, 17% -i isə AB-nin Sığınacaq, Miqrasiya və İnteqrasiya Fondu tərəfindən verilib. Digər Federal ərazilərdə də oxşar vəziyyətdir.
Təşkilatların fəaliyyəti yalnız deportasiyaya qarşıdır. Eyni zamanda, qaçqın şuralarının bəyanatları və fəaliyyətləri ilə tanışlıq onu deməyə əsas verir ki, onlar qanundakı boşluqlardan istifadə etməklə deportasiyanı dayandırmaqdan ibarətdir: bütün bunlar mövcud qanun normalarına zidddir. 
Hətta bəzi təşkilatlar saytlarında birbaşa yazırlar ki, onların məqsədi hər hansı formada olan deportasiyanı dayandırmaqdan ibarətdir. 
Berlində sosial deportasiyadan qaçmaq üçün sosial işlərə baş vurmaq tövsiyyə olunur.
Təşkilatın Berlin təmsilçiləri də deportasiyadan qaçmağın yollarını insanlara öyrətməkdən çəkinmir. Təşkilatın rəhbəri hesab edir ki, sosial işçilər polislərlə əməkdaşlığa meyilli deyil və bu sahədə işləyənlərin uzun müddətə gizlədilməsi mümkündür.