Fərhad Çağtürk / AzEuroNews.com ➤  Almaniyanın Mannhaym şəhərində yerə siqaret kötüyü və saqqız atmağın cəzası artırılıb. AzEuroNews.com xəbər verir ki, bundan sonra yerə siqaret kötüyü və kağız dəsmal atanlar 75, saqqız atanlar isə, 100 avro məbləğində cərimə olunacaqlar. 

Məqsəd şəhərin təmizliyini təmin etməkdir. 

Şəhər bələdiyyəsindən bildirilib ki, əvvəllər bu məbləğ müvafiq olaraq 20 və 75 avro təşkil edib.