Səudiyyə Ərəbistanı kralı Salman ben Abdel Əziz əl Saud İraq hökumətinə 1 milyard dollar bağışlayıb.

Trend-in məlumatına görə, belə bir səxavətli hədiyyə barədə Səudiyyə Ərəbistanının ticarət və investisiyalar naziri İraq Prezidenti Bəhram Salehin Ər-Riyada səfəri zamanı bildirib.

Bildirilir ki, bu vəsait Bağdadda idman şəhərciyinin tikintisinə sərf olunacaq.

Hələ ötən ilin martında Səudiyyə Ərəbistanının rəhbərliyi İraqa hədiyyə olaraq 100 min tamaşaçı tutumlu stadion tikərək hədiyyə edəcəyini deyib. Daha sonra isə Səudiyyə Ərəbistanı yalnız stadion deyil, bütov bir idman şəhərciyi tikəcəyini elan edib.