Simvol Foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com
Simvol Foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com


Fərhad Çağtürk / AzEuroNews.com ➤ Alman polisi tərəfindən qeydiyyata alınmış cinayətlərin sayı rekord həddə qədər azalıb. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki,
2018-ci ildə Almaniyada ümumilikdə 5 milyon 55 min cinayət qeydə alınıb ki, bu da 2017-ci illə müqayisədə 3,6 % azdır. Bavariya istisna olmaqla bütün federal ərazilərdə cinayətlərin sayı azalıb. 
Almaniyada 2017-ci ildə bütövlükdə 5 milyon 76 min milyon cinayət qeydə alınıb ki, bu da 2016-ci illə müqayisədə 9,6% azdır. Son 25 il ərzində bu ən aşağı göstərici olub. Hakimiyyət təmsilçiləri xəbərdarlıq edirlər ki, bəzi vətəndaşlar baş vermiş cinayətlər haqqında məlumat vermədiklərindən bu rəqəmlər real olmaya da bilər. 
Almaniya Federal İstintaq Orqanının rəisi Sebastian Fidlerin “Weld” nəşrinə verdiyi məlumata görə, rəqəmlər tam reallığı əks etdirmir. O, həmcinin bildirib ki, bundan sonra müstəqil ekspertlər tərəfindən hər iki ildən bir təhlükəsizlik üzrə hesabat təqdim olunacaq. 
2018-ci ildə cinayətlərin açılma göstəriciləri 57, 7 % təşkil edir ki, bu da son 15 ilin göstəricilərinə uyğundur. Qeydə alınan cinayətlər daha cox Saksoniya Federal ərazisində qeydə alınıb. 
Bavariyada isə qeydə alınan cinayətlərin sayı 0,9 % artıb. Ən cox cinayət faktı Şimali Reyn Westfaliya federal ərazisində qeydə alınıb. 2018 –ci ildə bu ərazidə 1 282 441 cinayət hadisəsi baş verib. Berlində qeydə alınan cinayətlərin sayı 511 677 olub. 
Ötən il qeydə alınan cinayətlərdən hər üçüncüsü oğurluqla bağlı olub. 30 232 avtomobil oğurluğu, 292 015 motosklet oğurluğu qeydiyyata alınıb. İl ərzində 18 faiz azalan cibgirlik faktına görə 104 196 cinayət qeydə alınıb. Mağazalardan oğurluq cinayətlərinin sazı 339 021 təşkil edib. 
Narkotiklə bağlı cinayətlərin sayı əvvəlki illə müqayisədə 6,1 % artmaqla 350 662-yə çatıb. Artan cinayətlərdən biri də hakimiyyət təmsilçisinə təzyiqlərlə bağlı olan cinayətlərdir. Həmin cinayətlərin sayı 34 168 olub.