Zaqatalada Dövlət Yol Polisi (DYP) əməkdaşının mülki geyimdə protokol yazmasını əks etdirən görüntülər yayılıb.

ONA-nın qaynar xəttinə göndərilən fotodan məlum olur ki, DYP-yə məxsus KİA markalı, 90 YP 586 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan mülki geyimli polis əməkdaşı sürücüyə protokol yazır.  

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev ONA-nın sorğusuna cavabında məlum görüntü ilə bağlı araşdırmalara başlanıldığını və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcəyini bildirib. 

R.Quliyev həmçinin əlavə edib ki, hər bir halda DYP əməkdaşlarının mülki geyimdə xidmət aparması qadağandır.