Bruney Sultanlığında yeni qanun qüvvəyə minir.

“Ölkə.Az” xəbər verir ki, bundan sonra sultanlıqda homoseksuallıqla və zina ilə məşğul olanlara yeni cəza tətbiq ediləcək.

Bruney Sultanlığı 2014-cü ildən İslam qaydaları sayılan şəriətlə idarə edilir. Sultanlıqdan verilən rəsmi açıqlamaya görə, yeni qanuna əsasən, homoseksuallar və zina edənlər edam ediləcək. Edam üçün daş-qalaq nəzərdə tutulub.

Yeni cəza qanununa görə, daş-qalaq ediləcək məhkumların edamını bir qrup müsəlman izləyə biləcək. Yeni qanuna əsasən oğurluq edənlərin də əlləri kəsiləcək.

Bəzi QHT-lər eyni zamanda baş nazir də olan Sultan Həısən Əl Bulkiyəni bu qərardan vaz keçməyə çağırıb.