Fərhad Çağtürk / AzEuroNews.com  ➤ Almaniyanın Nazirlət Komitəsi xaricdə terror təşkilatları sırasında döyüşən Almaniya vətəndaşları ilə bağlı qərar verib. AzEuroNews.com xəbər verir ki, qərara əsasən terror təşkilatlarının üzvü olan şəxslər Almaniya vətəndaşlığından çıxarılacaqlar. 

Qanuna görə əgər bu şəxslər ikili vətəndaşlığa sahibdirlərsə Almaniya vətəndaşlığından məhrum olacaqlar.

Məlumat üçün qeyd edək ki, hazırda İŞİD və başqa terror təşkilatlarının sıralarında 2 mindən çox Almaniya vətəndaşı vuruşur.