UFC çempionu Həbib Nurməhəmmədov irlandiyalı döyüşçü Konor Makqreqorun “sənin arvadın bir dəsmaldır” sözlərinə cavab verib.
O, özünün “Tvitter” səhifəsində Konorun Terri Mürreylə şəklini paylaşaraq yazıb: “Sən təcavüzçüsən. Sadəcə, təcavüzçü. Öz hərəkətlərinə cavabdeh olmayan ikiüzlü. Ədalət səni tapacaq. Biz hələ görüşəcəyik”.
Qeyd edək ki, Konorun Terridən 2018-ci ildə qızı dünyaya gəlib. Terri qızı üzərində atalıq hüququnu tanıması üçün Makqreqoru razı salmağa çalışır. Konor özü isə Di Devlinlə ailəlidir. Bu izdivacdan onun bir oğlu var.
İrlandiya polisi seksual zorakılıq şübhəsi ilə Konor haqqında araşdırma aparır.

qol.az