Amerika Birləşmiş Ştatları 5-ci nəsli “F-35” qırıcı-bombardmançı təyyarələrini tədarük edəcəyi ölkələrin siyahısının genişləndirilməsi imkanlarını nəzərdən keçirir. “Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ müdafiə Nazirliyinin nümayəndəsinin fikirlərinə istinadən məlumat yayıb.

“F-35” qırıcı təyyarələrinin yaradılması proqramına rəhbərlik edən vitse-admiral Mattias Uinter isə bildirib ki, təyyarələrin gələcəkdə potensial xarici alıcıları Sinqapur, Yunanıstan, Rumıniya, İspaniya və Polşa olacaq.

Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyadan S-400 raketləri alması ilə əlaqədar bu ölkəyə “F-35” təyyarələri üçün hissələrin tədarükünü dayandırıb. Türkiyə azı 100 ədəd “F-35 Lightining II” satın almaq niyyətindədir. Satınalma ABŞ-ın himayəsi ilə “F-35″lərin hazırlanması üzrə çoxmillətli proqram çərçivəsində həyata keçirilir.