Mövsümün əvvəlində “Real Madrid”dən “Yuventus”a keçən Kriştianu Ronaldunun İtaliya nəhənginə qazandırdıqları analiz edilib.
AzEuroNews.com Milli.Az xəbər verir ki, 4 illik müqaviləyə imza atan portuqaliyalı ulduzun Turin təmsilçisinə keçidi maaşı ilə birlikdə 340 milyon avroya başa gəlib. Lakin Ronaldu komandaya özü ilə bərabər xeyli gəlir də gətirdi.
Keçən mövsüm oyun gəlirlərindən 57 milyon avro qazanan “Yuventus”, bu sezon isə bu ana kimi 70 milyon avronu kassasına qoyub. Yayım gəlirini Ronaldu sayəsində 220 milyon avrodan 245 milyon avroya çıxaran “Qoca Sinyora” ticarət gəlirini isə 5 milyon avroluq artımla 200 milyon avroya çatdırıb.
Qeyd edək ki, “Ağ-qara”ların sosial media hesablarında aktivlik artıb. Ronaldu gələndən sonra daha 50 milyon insan komandanı izləməyə alıb.