Milyarder İlon Mask Nyu-Yorkda növbəti ticarət sessiyasının açılmasından sonra iki dəqiqə ərzində 1,1 milyard dollar itirib.

Bu barədə “Bloomberg” yazır

“Tesla Inc.” şirkətinin səhmləri 11 faiz ucuzlaşıb. Tənəzzülə Maskın şirkətinin istehsal etdiyi  elektromobillərin tədarükünün kəskin şəkildə azalması barədə hesabatın dərc olunması təsir göstərib. Birja oyunçuları ötən ilin birinci rübündə 90 min ədədə yaxın olan tədarük həcminin 2019-cu ilin birinci rübündə 63 min ədədə qədər azalmasına çevik reaksiya verib.

Kəskin ucuzlaşma nəticəsində Maskın aktivləri 22,3 milyard dollara qədər azalıb.