Aydəm İsmayılov

Yunis Cəfərov / AzEuroNews.com /Bakı  ➤  İslahatçı imici olan kənd təsərrüfatı naziri İnam Kərimovun reputasiyası zədəli və adı neqativ hadisələrdə hallanmış Aydəm İsmayılova yüksək vəzifə verməsi ciddi suallar doğurub, müzakirələrə yol açıb. AzEuroNews.com-un əldə etdiyi xəbərdə iddia edilir ki, A.İsmayılovun ləğv olunmuş istehsal müəssisələri ilə iş şöbəsi rəisi vəzifəsindən “Green Park Azərbaycan” MMC-yə direktor postuna gətirilməsi nazirlikdə söz-söhbət yaradıb. Nazirin reformist xarizmasına ciddi kölgə salan bu təyinatla bağlı bildirilir ki, A.İsmayılovun adı müxtəlif qalmaqallı işlərdə keçib.

İnam Kərimov
İnam Kərimov

Bir müddət əvvəl “EURO TİKİNTİ” MTK sədri Nəsimi Sadıqov A.İsmayılovun yüksək vəzifəli dövlət məmurları, generalların adından istifadə edərək külli miqdarda pul mənimsədiyini açıqlamışdı. N.Sadıqovun özlərinə görə, “Marriot” hotelində A.İsmayılov və ”Akula Akif” arasında özünün də iştirak etdiyi görüş olub. “Akula Akif” isə MTN hadisələri vaxtı qaçıb gizlənib və Eldar Mahmudov bandasının əsas üzvlərindən biri olub. Aydəm İsmayılov da bu şəbəkəyə bağlı imiş.

”Akula Akif”

Sitat: “Aydəm İsmayılov mənim əmlakımı Akula Akifin gücündən istifadə edərək ələ keçirib. Aydəm İsmayılova etiraz edəndə isə MTN-lə hədə-qorxu gələrək, başıma qara torba keçirilib aparılacağı ilə hədələyirdi”. N.Sadıqov bildirir ki, həmin görüşdə A.İsmayılovla ”Akula Akif” arasında baş tutan dialoqun şahidi olub:

Aydəm İsmayılov: 4 milyon 400 min manat verdik, bəs nə oldu generalın məsələsi?

”Akula Akif”: Görmədin, cənaba (Eldar Mahmudovu nəzərdə tutur) dedim, işdən çıxartdırdım.

Aydəm İsmayılov: Biz belə danışmamışdıq axı…

”Akula Akif”: Generalı işdən çıxardıq, tez bir zamanda həbs ediləcək. Ondan sonra əmlakına da həbs qoyub sizin də paylarınız qaytarılacaq…

Aydəm İsmayılov: Pulun bir hissəsini verən adam məni tez-tez narahat edir ki, generalı bitirəcəyinizə söz vermişdiz, bəs nə oldu?

P.S. Bu, İnam Kərimovun təyinatı ilə MMC direktoru olan Aydəm İsmayılov barədə məlumatlardan biridir. Nazirin belə bir kadra vəzifə verməsi müəmmalı və maraqlıdır. Araşdırmalarımız davam edir.