Simvol Foto © Fərahim İlqaroğlu
Simvol Foto © Fərahim İlqaroğlu


Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤  Almaniyada qaçqın kampında baş verən kütləvi davada yaralı azərbaycanlı azyaşlı anası ilə birlikdə xəstəxanaya çatdırılıb. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, hadisə ötən gün axşam saatlarında Almaniyanın Deggendorf şəhərində qeydə alınıb.  Belə ki, bu şəhərdəki bir qaçqın yataqxanasının yeməkxanasında azərbaycanlılarla afrikalılar arasıda yemək boşqablarını təhvil verən zaman mübahisə yaranıb. Mübahisə zamanı həmyerlilərimiz afrikalıların təhqir və söyüşlərinə məruz qalıblar. 

Çox çəkməyib ki, yaranmış mübahisə dava çevrilib. Kütləvi dava zamanı azyaşlı azərbaycanlı anası ilə birlikdə xəsarət alıb. Onlar hadisə yerinə çağırılan təcili yardım vasitəsi ilə xəstəxanaya çatdırılıblar. 

Hadisə yerinə polisin gəlməsi ilə tərəflər sakitləşib. 

Həmvətənlərimizin verdiyi məlumata görə, davaya səbəb olan afrikalılar hələ də kampdadırlar.  

Məlumat üçün bildiririk ki, həmin kampda oxşar hadisə bir ay əvvəl də baş vermişdi. Onda da soydalaşlarımızdan birinə afrikalı tərəfindən xəsarət yetirilmişdi.