Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının qiymət cədvəlində dəyişiklik edilib.

Azərbaycan Dəmir Yolları QSC-dən Trend-ə verilən məlumata görə, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının Biznes yerlərinə Bakıdan-Gəncə-Bakı istiqamətində gediş haqqı 08.04.2019-cu il tarixdən etibarən 50 manatdan 25 manata endirilir.

Standart və Birinci klass yerlərinə gediş haqqı dəyişilmədən saxlanılir.