Aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub. 

Səhiyyə Nazirliyindən “Report”a verilən məlumata görə, Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.

Azərbaycan Respublikasının vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir. Körpə tam sağlamdır və peşəkar tibb işçilərinin nəzarəti altındadır.