Yunis Cəfərov / AzEuroNews.com ➤ Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası  (MTRŞ) “Space” telekanalını 5 min manat məbləğində cərimələyib. Televiziyadakı mənbəmizdən AzEuroNews.com-a verilən məlumatda deyilir ki, buna səbəb 4 aprel tarixində yayımlanan “Hər Səhər” verlişi olub.

Anar Vaqifoğlu

Belə ki, verlişdə fonoqramla mahnı oxuyan müğənni Rüfət Axundov mikrofonun söndürüldüyünü zənn edərək qeyri-etik ifdələr işlədib. 

Rüfət Axundov

Proqramın gedişi əsnasında aparıcı Anar Vaqifoğlu ilə müğənni Rəşad İlyasov arasında da mübahisə yaranıb.

Rəşad İlyasov

Verliş bitər-bitməz aparıcı Anar Vaqifoğlunu yanına çağıran “Space” telekanalının rəhbəri Vaqif Mustafayev onu işdən qovub. 

“Space” şefi “Hər Səhər” verlişinin səs rejissoru Etibar adlı şəxsin də işinə son verib. Rüfət Axundov və Rəşad İlyasovun bir daha efirə çağırılmamasını tapşırıb. 

Vaqif Mustafayev

Eyni zamanda o, verlişin onlayn platformalarda yayılmasının qarşısını almaq məqsədi ilə 4 aprel tarixində yayımlanan verlişi sildirib. 

Məsələ ilə bağlı “Space” telekanalının rəhbərliyinin mövqeyini öyrənmək cəhlərimiz heç cürə alınmayıb.