Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi ilə əlaqədar bir sıra tədbirlər nəzərdə tutulub.

Trend-in məlumatına görə, Bakının bütün rayonlarında bu gün ağacəkmə aksiyası, 17:00-da isə Bakı bulvarında konsert keçiriləcək.

Bundan başqa, 18:00-da Xəzər rayonunda Heydər Əliyev Mərkəzində fleşmob keçiriləcək.

Saat 21:00-da Dənizkənarı bulvarda möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.