Ukrayna prezident Petro Poroşenko prezidentliyə digər namizəd Vladimir Zelenski ilə debatın aprelin 14-də Kiyevin mərkəzi “Olimpiya” stadionunda keçirilməsini istəyir.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu Poroşenko “Ukrayna” telekanalına canlı müsahibəsində bəyan edib.

 “Aprelin 14-də Zelenskini onun arzusu ilə “Olimpiya” stadionunda gözləyirəm. Düşünürəm ki, debatın axşam 19:00 başlaması münasib vaxtdır. Mən bütün vətəndaşları, telekanalları, KİV nümayəndələrini debata dəvət edirəm”, – deyə Poroşenko əlavə edib.

Xatırladaq ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.