Milli Məclisin aprelin 9-da keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, gündəliyə 19 məsələ yox, 20 məsələ daxildir.

Belə ki, Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında” və “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlara dəyişiklik layihələri iclasın gündəliyindən çıxarılıb.

O cümlədən gündəlikdən çıxarılanların yerinə əlavə də olunub.

Belə ki, “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında” sazişin təsdiq edilməsi barədə və “Banklar haqqında” qanun layihələri iclasın gündəliyinə əlavə edilib.