Avropa Birliyi İrana qarşı sanksiyaların müddətini 13 aprel 2020-ci ilə qədər artırıb. “Qafqazinfo”nun məlumatına görə, qurumun rəsmi saytında yerləşdirilən bəyanatda bildirilir ki, sanksiyalar İranda insan haqları ciddi şəkildə pozulduğuna görə tətbiq edilib. 

Sanksiyalar 82 şəxs və 1 təşkilata şamil olunub. 

Bundan əlavə, daxili təzyiq üçün istifadə edilə bilən, habelə telekommunikasiya sahəsində monitorinq aparmaq üçün nəzərdə tutulmuş avadanlıqların ixracına qadağa qoyulub.