ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) “xarici terrorçu təşkilat” kimi tanıyıb.

“Report” CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib. 

“ABŞ Dövlət Departamentinin rəhbərliyi ilə atılan bu addımla nəinki İranın terrorizmin sponsoru olduğu, hətta SEPAH-ın terrorçuluq fəaliyyətlərində yaxından iştirak etdiyi, onu maliyyələşdirdiyi, dövlət səviyyəsində terrorçuluğu dəstəklədiyi təsbit olunur”, – o qeyd edib.

Xatırladaq ki, ötən həftəsonu iranlı millət vəkili Seyid Cavad Sədatinejad “Fars” agentliyinə açıqlamasında cavab addımı kimi ABŞ Silahlı Qüvvələrini terrorçu təşkilatlar siyahısına salacaqlarını açıqlamışdı.