Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.
Modern.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.
“Liverpul” “Portu” qəbul edəcək. Digər qarşılaşmada isə “Mançester Siti” səfərdə “Tottenhem”in qonağı olacaq.
Qeyd edək ki, 1/4 finalın ilk oyunlarına sabah keçiriləcək iki görüşlə yekun vurulacaq.
9 aprel
Çempionlar Liqası
1/4 final
23:00.“Liverpul” (İngiltərə) – “Portu (Portuqaliya)
23:00.“Tottenhem” (İngiltərə) – “Mançester Siti” (İngiltərə)
10 aprel
23:00.”Ayaks” (Hollandiya) – “Yuventus” (İtaliya)
23:00.”Mançester Yunayted” (İngiltərə) – “Barselona” (İspaniya)