Böyük Britaniya parlamentinin İcmalar palatası “Brexit”in təxirə salınmağı ilə bağlı qanun layihəsini təsdiqləyib.

“Qafqazinfo”nun “Press Association” agentliyinə istinadən verdiyi xəbərə görə, Alt palatanın deputatları ötən gün Lords Palatasına edilən dəyişiklikləri qəbul etdikdən sonra bu sənədin yenidən Alt palataya təqdim olunmasına qərar veriblər.

Qanun layihəsinin müəllifi “Leyboristlər” partiyasından olan deputat İvett Kuperdir. 

Onun sözlərinə görə, qəbul edilmiş layihə “Brexit”in təxirə salınmağını xahiş edən baş nazir Tereza Meyə birbaşa dəstəkdir.